XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 18:17

Moldovada hakim partiyanın sədriistefa verdi

Moldovada hakim Demokratlar Partiyasının sədri Marian Lupu istefa verib.

O, bu barədə partiyanın Siyasi Şurasının iclasında açıqlama verib.

"Partiyanın üzvü kimi qalıram və modernləşmə ilə bağlı yeni layihələrin reallaşdırılmasında aktiv iştirakımı davam etdirəcəm», deyə Lupu bildirib.

Demokratlar Partiyasının yeni sədri dekabrın 24-də keçiriləcək ümumrespublika qurultayında seçiləcək. Qurultayda növbəti (2018) parlament seçkilərinə hazırlıq da müzakirə olunacaq.

Marian Lupu Demokrat Partiyasına 2009-cu ildən rəhbərlik  edirdi. Həmçinin prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı idi.

Lupu son açıqlamalarının birində bildirmişdi ki, hökumət yeni prezident İqor Dodondan xoşagəlməz sürprizlər gözləməyə hazır olmalıdır. 

O, bəyan etmişdi, hakim koalisiya ölkə başçısının Konstitusiyadakı səlahiyyətlərini aşmasına imkan verməyəcək.