XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 18:40

Yəməndə terror:20 nəfər ölüb

Yəməndəki hərbi bazalardan birində terror aktı baş verib.

"Report"un məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin cənubundakı Ədən şəhərində baş verib. Belə ki, Əs-Sulban düşərgəsindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 20 nəfər ölüb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Terror aktına məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.