XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 20:35

“Samsung” ABŞ-dakı bütün“Galaxy Note 7”ləri söndürəcək

“Samsung” korporasiyası ABŞ-dakı bütün “Galaxy Note 7” smartfonlarını məcburi şəkildə söndürəcək.

Azərtac “vesti.ru” saytına istinadən xəbər verir ki, şirkət xüsusi proqram təminatı tətbiq edəcək və cihazlar yararsız hala düşəcək. Bu proqram smartfonun şarj olunmasını və mobil şəbəkələrə qoşulmasını əngəlləyəcək. Nəticədə smartfon mobil cihaz kimi fəaliyyətini tam itirəcək. Proqram təminatı dekabrın 19-da bütün smartfonlara göndəriləcək.

Xatırladaq ki, sentyabrın əvvəlində “Samsung” şirkəti alışma və yanma təhlükəsi ilə əlaqədar “Galaxy Note 7” smartfonlarının sahiblərinə müraciət edərək onları cihazları söndürməyə və başqaları ilə dəyişdirməyə çağırıb. Daha sonra korporasiya bu smartfonların satışını və istehsalını dayandırıb. Nəticədə üçüncü rübdə şirkətin gəliri 30 faiz azalıb.