XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2016 - 20:55

Yəmən terroru:ölənlərin sayı 40-a çatdı

Yəmənin cənubunda yerləşən Ədən şəhərindəki hərbi düşərgənin yaxınlığında terror hücumu nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze maaş almaq üçün növbəyə dayanmış hərbçilərin yanında özünü partladıb. Terror aktına görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

Yəməndə hökumət qoşunları ilə husi qiyamçıları arasında silahlı münaqişə 2014-cü ildən davam edir. Ölkənin cənubunda fəaliyyət göstərən İŞİD və əl-Qaidə terror qruplaşmaları hərbiçilərə müntəzəm hücumlar edirlər.