XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2015 - 10:34

Ərdoğan Atatürkün yaxtasında xarici səfərlərə çıxacaq

Savarona yaxtası 1931-ci ildə inşa olunub

Türkiyə prezidenti Tayyip Ərdoğan Türkiyə cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə məxsus olmuş tarixi Savarona yaxtasından xarici səfərlərində və xarici dövlət başçılarının qəbul olunması üçün istifadə edəcək.

Strateq.az Türkiyə KİV-ə isnadən bildirir ki, mədəniyyət və turizm naziri ömər çəlik deyib: “Prezident xaricdə olarkən dövlət başçılarını Türkiyə ərazisində qəbul edə biləcək. Gəmidə bərpa işləri davam etdirilir”.

Ərdoğan ilk dəfə martın əvvəlində xarici siyasi xadimi – Bosniya və Hersoqovina Rəyasət Heyətinin bosniyalı müsəlman üzvü Bəkir İzətbəyoviçi yaxtada qəbul edib və onunla birgə Bosforu gəzib.

136 metrlik Savarona yaxtası 1931-ci ildə amerikalı mühəndis Uilyam Frensis Gibbsin layihəsi əsasında inşa olunub. 1938-ci ild Türkiyə hökuməti tərəfindən satın alınaraq Atatürkə verilib. Nazirlər kabinetinin iclasları, xarici ölkə liderlərinin qəbulu bu yaxtada baş tuturdu. Türk biznesmeni Qəhrəman Sadıqoğlu onu 1989-cu ildə almışdı, lakin 2010-cu ildə dövlət tarixi yaxtanı yenidən alıb.