XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2016 - 10:34

Rumıniya araşdırma agentliyi:"Sosial-Demokrat Partiyası parlament seçkilərində 43 faiz səs toplaya bilər"

ruminya-2

Rumıniyada parlament seçkiləri keçirilir. İkipalatalı parlamentə 466 deputat seçiləcək.

Parlament seçkilərində ilk dəfədir ki, poçt vasitəsilə də səs vermək olar. Seçki məntəqələrində asayişi 2500 polis əməkdaşı təmin edir.

Rumıniyanın nüfuzlu “Avangarde” sosial araşdırma agentliyinin məlumatına əsasən, Sosial-Demokrat (PSD) Partiyası 43 faiz səs toplaya bilər. Agentliyin araşdırmasına görə, Milli Liberal Partiyası (PNL) 27 faiz, Rumıniyanı Qoru Birliyi (USR) 8 faiz səs qazanacaq. Eyni zamanda, parlamentə Liberal və Demokratların Alyansı (ALDE) Partiyasının, sabiq prezident Trayan Baseskunun rəhbərlik etdiyi Xalq Hərəkatı (PMP) Partiyasının və Rumıniya Macarların Demokratik Birliyi (UDMR) Partiyasının nümayəndələri 5-8 faiz səs toplayaraq daxil ola bilərlər.

Rumıniyada siyasi partiyaların rəhbərləri arasında Sosial-Demokrat Partiyasının lideri Liviu Draqnea, Liberal və Demokratlar Alyansı Partiyasının rəhbəri Kalin Popesku Tariçanu, Milli Liberal Partiyasının lideri Alina Qorqiu və Xalq Hərəkatı Partiyasının rəhbəri, sabiq prezident Trayan Basesku daha çox populyardırlar.

Seçkilərin nəticələri Rumıniya vaxtı ilə saat 21:00-dan sonra məlum olacaq.  (Azərtac)