XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 13:18

BMT-nin təqviminə yeni beynəlxalq gündaxil edilib

BMT-nin Baş Assambleyası mayın 2-si tarixini Beynəlxalq Ton Balığı Günü elan edib. Məqsəd bu qiymətli balıq növü haqqında məlumatlılığı artırmaqdır.

Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, qətnamədə 80-dən çox dövlətin bütün okeanlarda ton balığı ovu ilə məşğul olan minlərlə gəmisinin fəaliyyət göstərdiyi, Hind və Sakit okeanlarında isə onların sayının sürətlə artdığı bildirilir. Ton balığı bir çox ölkələr üçün ərzaq təminatı, iqtisadi inkişaf və əhalinin məşğulluğu baxımından böyük əhəmiyyətə malikdir.

Baş Assambleya bütün üzv dövlətlərə, beynəlxalq və regional təşkilatlara və vətəndaş cəmiyyətinə bu günün lazımi şəkildə qeyd olunmasını təklif edir.