XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 13:25

Rusiya şirkətləri İranın neft sənayesinə 6 milyard dollarsərmayə yatıracaq

İran 7 neft yatağını Rusiya şirkətlərinin idarəçiliyinə verəcək. Bu barədə məlumat verən İranın neft naziri Bijən Namidar Zəncənə bildirib ki, artıq Rusiyanın “Lukoyl” şirkəti ilə müvafiq Anlaşma Memorandumu imzalanıb. Gələcəkdə bu yataqlardan 5 milyard barrel neft hasil etmək mümkün olacaq.

“Lukoyl” ilə yanaşı, İranın neft yataqlarının işlənilməsində Rusiyanın “Tatneft” və “Zarubej” neft şirkətləri də iştirak edəcəklər.

İranda səfərdə olan Rusiyanın enerji naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya neft şirkətlərinin İranda həyata keçirəcəkləri layihələrin dəyəri 6 milyard dollar həcmindədir. Bu məbləği İranın neft sənayesinə yatırılan xarici investisiya da hesab etmək olar(azərtac).