XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2016 - 14:44

Rusiya və İran arasında 2,5 milyard dollarlıqsaziş imzalanıb

Rusiya-İran Hökumətlərarası Komissiyasının Tehranda keçirilən iclasında İranın cənubunda istilik elektrik stansiyasının inşası və İran dəmir yolunun elektrikləşdirilməsi haqqında 2,5 milyard dollarlıq saziş imzalanıb. İstilik elektrik stansiyası Bəndər Abbas şəhərində tikiləcək. Həmçinin Qarmsar-İnçe-Barun dəmir yolu xəttinin elektrikləşdirilməsi nəzərdə tutulub.

Tehran görüşü çərçivəsində İran və Rusiya neft və energetika sahəsində əməkdaşlıq haqqında memorandum da imzalayıblar. Energetika üzrə İran-Rusiya işçi qrupunun Tehranda keçirilən iclasında imzalanmış 23 bəndlik sənəddə neft yataqlarının kəşfiyyatı və neft hasilatı, neft hasilatı avadanlığının istehsalı sahələrində tərəfdaşlıq öz əksini tapıb.

Bundan əlavə, Rusiyanın “Qazpromneft” şirkəti İranın NIOC şirkəti ilə İranda iki neft yatağının işlənilməsi barədə saziş imzalayıb(azərtac).