XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

23 Mart 2015 - 19:50

Alman nəşrindən Nemtsovun qətli ilə bağlı ilginc versiya

Alman nəşrindən Nemtsovun qətli ilə bağlı ilginc versiya

Alman nəşri “Frankfurter Algemeine Sonntagszeitung” Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı öz versiyasını irəli sürüb. Musavat.com-un məlumatına görə, nəşr hesab edir ki, siyasətçi Rusiya yetkililəri və biznesmenləri üçün sanksiya siyahılarının tərtib edilməsində Qərbə yardım etməyə görə güllələnə bilərdi.

Qəzet bildirir ki, bir il öncə Boris Nemtsov amerikalı senatorlar – Con Makkeyn və Ron Consonla görüşərək, onlara yenilənmiş “Maqnitski siyahısı”na salınmaq üçün 13 nəfərin, o cümlədən prezident Putinin yaxın ətrafına daxil olan şəxslərin adlarını verib.
Nəşr qeyd edir ki, Nemtsov həmçinin, amerikanlara Dövlət Dumasının spikeri Sergey Narışkinin regionun yeni liderinin müəyyən edilməsi üçün Krıma səfər etdiyi barədə informasiya çatdırıb.