XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 20:23

Türk nazirdən avropalı deputatlara mesaj:"Sən də dağa çıx, parlamentdə nə işin var?!”

cavusoqlu

"Sizin ideologiyanız dağılsın. Əgər eyni ideologiyanı təbliğ edirsənsə, onda sən də dağa çıx. Sənin parlamentdə nə işin var?!”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Lubomir Zaoraleklə İstanbulda keçirdiyi mətbuat konfransında terrorçu PKK qruplaşmasını müdafiə edən avropalı parlament üzvlərini nəzərdə tutaraq bildirib.

"Avropa İttifaqında PKK-ya güzəşt edirlər. Bu, terrorçu qruplaşma Avropada rahatlıqla aksiyalar keçirir. Belə qanlı terror qruplaşmasına dəstək verilməməlidir. Avropada PKK-ya dəstək verən parlament üzvləri var. Sizin ideologiyanız dağılsın. Əgər eyni ideologiyanı təbliğ edirsənsə, onda sən də dağa çıx. Sənin parlamentdə nə işin var?!” – M.Çavuşoğlu vurğulayıb.

Türkiyənin XİN başçısı Avropa İttifaqı ilə ölkəsi arasındakı vəziyyətə də münasibət bildirib:

"Biz Avropa İttifaqından Türkiyə ilə ədalətli davranmasını istəyirik. Avropa İttifaqı bizi bərabər səviyyədə görmürsə, onlar ilə əlaqələrimizin davam etməsinin mənası yoxdur. Halbuki bərabarhüququlu tərəflər kimi davrandığımız zaman bütün məsələləri həll edə bilərik. Avropa İttifaqı Türkiyəyə dərs vermək əvəzinə, qarşılaşdığımız problemlərin həlli yollarını birlikdə tapa bilərik”.

Report