PKK/KCK terror təşkilatının rəhbərləri Murad Qarailan və Duran Qalxanın yaxalanması ilə bağlı Türkiyə hökuməti qərar çıxarıb.
Sözügedən şəxslər Derik mahalının kaymakamı Məhəmməd Fetih Səfitürkün qətlə yetirilməsində şübhəli bilinir.
Qeyd edək ki, bir neçə ay öncə Qarailanın türk kəşfiyyatı tərəfindən öldürüldüyü xəbəri yayılsa da, sonradan bunun yalan məlumat olduğu ortaya çıxmışdı(Axar.az).