Suriyada «Əl-Qaidə»yə bağlı olan silahlı qruplaşma uzun sürən döyüşlərdən sonra İdlib şəhərindəki avibazanı ələ keçirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Əbu əl-Duxur» adlı bu aviabazanı ələ keçirənlər özlərini islamçıların koalisiyasına aid edirlər və «Qələbə Ordusu» adı altında döyüşürlər.
Aviabaza ələ keçiriləndən sonra suriyalı döyüşçülər İdlib şəhərindən geri çəkilməyə məcbur olublar. Aviabaza 2 iliydi onların nəzarətində idi.