XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 10:58

Malayziyanın yeni Kralıtaxta çıxıb

Malayziyanın yeni Ali hökmdarı (Kralı) seçilmiş Kelantan ştatının sulatanı V Məhəmməd taxta çıxıb.

Bu barədə BERNAMA informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, V Məhəmməd Kralın rəsmi iqamətgahı olan Neqara İstana sarayında tənətənəli mərasimdə and içib. O, qarşıdakı 5 ildə Malayziyanın Kralı olacaq.

Malayziyada Ali hökmdarın seçilməsi üçün səsvermə oktyabrın 14-də keçirilib. Malayziya Kralı Silahlı Qüvvələrin Ali Baş Komandanı və Malayziya müsəlmanlarının dini rəhbəri olaraq, əsasən təmsilçilik funksiyalarını yerinə yetirir.

Kral Məhəmməd 1969-cu il oktyabrın 5-də anadan olub. Ali təhsilini Böyük Britaniyada alan Kral ekstremal idman növləri, yüksək dözümlülük tələb edən maneələrlə qaçış və idman atıcılığına böyük maraq göstərir(azərtac).