XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 11:13

“Bavariya” Robert Levandovski ilə müqavilənibu tarixədək uzatdı

Polşa millisinin və Münxenin “Bavariya” komandasının hücumçusu Robert Levandovski Almaniya klubu ilə yeni müqavilə imzalayıb.

Azərtac Münxen klubunun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, futbolçu qarşıdakı beş ildə də “Bavariya”nın formasını geyinəcək. Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

R.Levandovski bu barədə deyib: “Şadam ki, danışıqlar müsbət nəticə verdi və mən daha bir neçə il “Bavariya”da qalacağam. Qarşıda klubla birgə böyük hədəflərimiz var”.

Polşa yığmasının kapitanı 2014-cü ildə Dortmundun “Borussiya” komandasından transfer olunub. İyirmi səkkiz yaşlı hücumçu “Bavariya”nın heyətində 122 oyunda 86 qol vurub.