XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 10:08

Neftin bahalaşması Portuqaliya iqtisadiyyatınamənfi təsir edəcək

Portuqaliya mətbuatında dünya bazarında neftin qiymətinin yenidən artmağa başlamasının narahatlıq doğurduğu barədə yazılar dərc olunur. Ölkənin yüksək tirajlı qəzetlərindən olan “Publico”da “Portuqaliyanın neftin qiymətinin artmasından ehtiyat etməsinin iki səbəbi” sərlövhəli məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, bir neçə il əvvəl neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Portuqaliyanın iqtisadi böhrandan daha asan çıxmasına şərait yaratmışdı. İndi isə dünya bazarındakı hazırkı tendensiya əks effekt verə bilər.

Portuqaliya Mərkəzi Bankının hələ 2013-cü ilə dair hesabatında göstərilirdi ki, neftin qiymətinin 13 faiz artması bu ölkənin ümumi daxili məhsulunun 0,7 faiz azalmasına səbəb olub. Hökumətin hesablamalarına görə, 2017-ci ildə neftin qiyməti 20 faiz artarsa, bu iqtisadi artımın proqnozlaşdırılandan da az olmasına gətirib çıxaracaq(azərtac).