XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:40

Almaniya yalan xəbər yayan KİV-lərin cəzalandırılmasıtəklif edir

DW agentliyinin verdiyi məlumata görə, hazırda AFR-də belə bir təhlükə yaranıb ki, bəzi kütləvi informasiya vasitələri gələn il ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd edə bilərlər. Bundan narahat olan Xristian Demokratlar İttifaqının (XDİ) və Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) daxil olduğu “böyük koalisiya”nı təmsil edən siyasətçilər açıq-aşkar yalan informasiyanın yayılmasına görə cinayət təqibinə başlamağı təklif ediblər.

Bundestaqın daxili işlər komitəsinin sədri, XDİ-dən olan deputat Ansqar Hevelinq “Rheinische Post” qəzetinə bu gün verdiyi müsahibədə deyib: “Hesab edirəm ki, əgər bu kampaniya (informasiya kampaniyası) məqsədyönlü xarakter daşıyırsa, buna görə cəzanı sərtləşdirməyə əsas var”.

XDİ-dən olan digər deputat Patrik Zensburq isə “Funke Mediengruppe” nəşrlərinin jurnalistləri ilə söhbətdə deyib: “Dövlətdə sabitliyi pozmaq niyyəti ilə məqsədyönlü dezinformasiya qanunla təqib edilməlidir”.

Agentlik daha sonra bildirir ki, ASDP-nin Bundestaqdakı fraksiyasının rəhbəri Tomas Opperman da belə hesab edir. Onun fikrincə, “uydurma xəbərlərin, konspiroloji nəzəriyyələrin yayılmasına”, habelə nifrət və düşmənçilik təbliğ etmək yolu ilə ara qızışdırmağa qarşı mübarizənin uğurlu olması üçün hüquqi çərçivələr ardıcıl olaraq məhdudlaşdırılmalı və daha sərt cəzalar tətbiq edilməlidir. Məsələn, bu siyasətçi əmindir ki, facebook şəbəkəsinin sahibləri saxta məlumatları şəbəkədən operativ surətdə kənarlaşdırmalı və belə məlumatları təkzib edən informasiya dərc etməlidirlər(azərtac).