XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 14:38

Özbəkistanın yeni Baş naziritəyin edildi

Özbəkistan Baş nazirinin müavini Abdulla Aripov ölkənin Baş naziri vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, bu qərar Özbəkistan parlamentində Qanunverici Palata və Senatın birgə iclasında qəbul olunub.

A.Aripovun namizədliyi Özbəkistan konstitusiyasına uyğun olaraq parlamentdə çoxluğa sahib Liberal Demokratik Partiya tərəfindən irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Baş nazir vəzifəsində hazırda ölkə Prezidenti olan Şavkat Mirziyayev çalışıb.