XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 14:48

ABŞ qərar verdi:strateji neft ehtiyatlarını satır

ABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlamağı planlaşdırır.

Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Məlumata görə, ABŞ Konqresi cari dövlət xərclərinin maliyyələşdirilməsinin davam etdirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, strateji ehtiyatlardan 375,4 milyon dollar həcmində neftin satışı planlaşdırılır. Satışdan əldə edilən gəlirlərin isə strateji neft ehtiyatları ilə bağlı infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcəyi nəzərdə tutulur.