Ağ Ev hadisədən çox dilxor olub
İsrail İranın nüvə proqramı üzrə danışıqlar, həmçinin bu yöndə ABŞ-ın mövqeyi barədə məlumat əldə etmək üçün casusluq fəaliyyəti həyata keçirdb.
Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Amerika mətbuatı yazır: “Keçən il ABŞ və digər dövlətlər İran nüvə proqramının məhdudlaşdırılması üzrə danışıqlara girişən kimi aydın oldu ki, İsrail bağlı qapılar arxasındakı məsləhətləşmələri güdürmüş. İndiki və keçmiş rəsmilərin məlumatlarına görə, kəşfiyyat əməliyyatı İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin danışıqlar barədə məlumat əldə etmək və sonra nəzərdə tutulan şərtlərə qaşı çıxış etməkdən ötrü həyata keçirdiyi daha geniş kampaniyanın tərkib hissəsidir”.
Nəşrin məlumatına görə, İsrail informasiya tutmaqdan əlavə Avropadakı diplomatik qaynaqların xəbərçilərindən ABŞ-ın konfidensial brifinqlərindən məlumatlar əldə edib.
Ağ Evdə qeyd olunduğu kimi, baş verənlərdən xəbər tutarkən Tehranın nüvə proqramı üzrə əks-fəaliyyəti gücləndirməkdən ötrü İsrailin gizli məlumatları Konqres üzvləri ilə bölüşməsindən çox dilxor olublar.
Adı açıqlanmayan amerikalı məmur mətbuata bildirib: “ABŞ-la İsrailin bir-birini güdməsi başqa məsələdir. İsrail ABŞ-ın sirini oğurlayıb ondan elə istifadə edir ki, Amerika qanunvericiləri ABŞ diplomatiyasını sarsıtsın – bu, tamam başqa məsələdir”.
Nəşr yazır ki, İsrail təmsilçilri casusluq ittihamını rədd ediblər.