XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 15:08

Çexiya da gülənçiləripislədi

Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı iyul ayında bu ölkədə hərbi çevrilişə cəhdi pisləyib.

Onun sözlərinə görə, müttəfiqlərinin də azadlıq və demokratiyaya ümid bəsləyə bilməsi Çexiyanın əldə etdiyi tarixi təcrübə baxımından bu ölkə üçün çox əhəmiyyətlidir.

Çexiya diplomatiyasının başçısı Türkiyə parlamentinin binasında 15 yeni çilçırağı rəmzi olaraq yandırıb.

Bu çilçıraqlar hələ Çexoslovakiyanın mövcud olduğu dövrdə – 1958-ci ildə Türkiyənin sifarişi ilə hazırlanmış və çevriliş cəhdi zamanı məhv edilmiş çilçıraqların əvəzində Çexiya tərəfindən hədiyyə edilib. Şimali Çexiya zavodlarında istehsal edilmiş yeni çilçıraqlar Çexiyanın hərbi çevrilişi məqbul saymadığını göstərməyə xidmət edən hədiyyədir(azərtac).