XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 15:23

Praqa Türkiyədəki investisiyalarınıxilas edir

“Yunus Əmrə” istilik elektrik stansiyasının tikintisi üzrə Çexiya-Türkiyə layihəsinin icrası davam etdirilməlidir. Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek və Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada bu məsələ ilə bağlı yekdil fikrə gəliblər. L.Zaoralek bildirib ki, plan ekspertlər qrupu tərəfindən müzakirə edilməlidir və danışıqlar yaxın həftələr ərzində başlayacaq.

Çexiya İxrac Bankı bu elektrik stansiyasının inşasına kredit ayırsa da, tikinti hələ də başa çatmayıb. Baş təchizatçı Çexiyanın enerji obyektlərinin tikintisində ixtisaslaşan “Vítkovice Power Engineering” şirkətidir. Ancaq borcu ilə əlaqədar 2016-cı ildə borcunu ödəyə bilməməsi barədə məhkəmə icraatına başlanıb. “Naksan” holdinqinin tərkib hissəsi olan “Adularya Energy” cəmiyyəti (Türkiyə) “Vítkovice Power Engineering”inə külli miqdarda pul borcludur. Dövlət çevrilişinə cəhddən sonra onun fəaliyyəti Türkiyə hökuməti tərəfindən nəzarətə götürülüb.

Holdinqin sahibləri, eləcə də idarə heyətinin üzvləri qiyamçılarla əlbir olduqlarına görə həbs ediliblər. Noyabrın sonunda məlum olub ki, Çexiya tikilməkdə olan elektrik stansiyasının qış mövsümünə uyğun konservasiyası məqsədi ilə 2 milyon avro məbləğində kredit verməyə hazırdır. Bu yolla Çexiya özünün artıq 12 milyard krondan (444,4 milyon avro) ibarət olan investisiyalarını xilas etməyə çalışır.