Türkiyədə Aksaray-Adana avtomobil yolunda zəncirvari qəza baş verib.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, 41 nəfərin xəsarət aldığı qəza nəticəsində 36 avtomobil bir-birinə girib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.