Yaxın Şərq bölgəsində nüvə yarışı başlana bilər
Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Səud əl-Feysəl bildirib ki, dünya dövlətləri ilə öz nüvə proqramı üzrə danışıqlar aparan İranın “layiq olmadığı sazişi” əldə etməsi yolverilməzdir.
Strateq.az xarci KİV-ə əsasən bildirir ki, əl-Feysəl Böyük Britaniyanın xarici işlər naziri Filip Həmmondla birgə keçirdiyi mətbuat konfransında deyib: “Səudiyyə Ərəbistanı əvvəllər də bildirib ki, “altılıq” ölkələri İrana nüvə proqramını inkişaf etdirmək üçün birbaşa və yaxud dolayısı ilə dəstək versə, bu, bütün Yaxın Şərq bölgəsində hökmən nüvə yarışına gətirib çıxardacaq”.