XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 19:50

Məşhur sovet dissidenti pedofiliyada ittihamlanır –İttiham aktı

_82597606_vladimirbukovsky

Kembric məhkəməsi evində uşaqların nalayiq fotoşəkilləri tapılmış məşhur sovet dissidenti Vladimir Bukovskiyə qarşı prosesi gələn ilin yanvar ayınadək təxirə salıb.

Strateq.az BBC-yə istinadla xəbər verir ki, məhkəmədən bir gün əvvəl V.Bukovski sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dekabrın 30-da 74 yaşı tamam olacaq V.Bukovski keçən il ciddi əməliyyat keçirib.

Xatırladaq ki, məşhur dissident uşaqların nalayiq fotolarının istehsalı və saxlanılmasında ittiham olunur.

Şübhəli özünü təqsirli bilmir. Onun iddiasına görə, həmin fotoları tədqiqat məqsədləri üçün internetdən yükləyib. Polis V.Bukovskinin evində iki disketdə saxlanılan mindən çox nalayiq fotoşəkillər tapıb.

ittihamnaməyə görə, onlar 1999-2014-cü illərdə toplanıb.

Bukovski 1970-ci illərdən Birləşmiş Krallıqda yaşayır.

M.Rzasoy