Avropa İttifaqı 2017-cı ilin yazından başlayaraq Ukrayna və Gürcüstan ilə vizasız rejim tətbiq etməyə hazırlaşır.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasındakı mənbə bildirib: “Miqrasiya üzrə avrokomissar Dimitris Avramopulos vizasız rejimin 2017-ci ilin yazından tətbiq edilə biləcəyini deyib”,- deyə mənbə bildirib.
Ötən gün Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukrayna və Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqini tezləşdirməyə çağırıb.
Qeyd edək ki, Ukrayna və Gürcüstan artıq bu il Avropa İttifaqına üzv ölkələrlə vizasız rejimin tətbiqinə ümid edirdilər.
Xatırladaq ki,Avropa Komissiyası bir il əvvəl adıçəkilən ölkələrin Avropa İttifaqı ilə viza liberallaşdırılması üçün bütün şərtləri yerinə yetirdiyini bildirmişdi.