Bu İran üçün də cəlbedici aternativ deyil
Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, İranın nüvə proqramı üzrə müqaviləni istənilən qiymətə bağlamağına dəyməz, bununla belə, müqavilədən imtina da cəlbedici görünmür.
Strateq.az xarici mətbuata əsasən bildirir ki, baş nazir Britaniya parlamentində çıxış edərkən deyib: “Ehtimal ki, biz müqaviləni istənilən qiymətə bağlamamalıyıq – bu o qədər də cəlbedici aternativ deyil. O cümlədən də İran üçün”.
Siyasətçi qeyd edib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar razılığın əldə edilməsində marağı olan bu ölkənin iqtisadiyyatına ziyan vurub.