Qazaxıstanın hansı istiqamətdə irəliləyəcəyi ilə bağlı dəqiq kursu var.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib. Ölkəsinin gələcək planlarından bəhs edən prezident tezliklə Qazaxıstanın bütün hədəflərinə çatacağını bildirib:
“2050-ci ilə qədər biz dünyanın 30 ən inkişaf etmiş ölkələri sırasına daxil olacağıq. Qazaxıstan həmçinin orta sinfin olduğu ölkə olacaq. 2050-ci ilə qədər kiçik və orta biznes ölkənin ümumi daxili məhsulunun 50%-ni təşkil edəcək”. (axar.az)