Ölüm cəzasına məhkum edilmiş terrorçu Adil Xabara Misir həbsxanasında edam edilib.
Misirdə çıxan “Əl-Youm 7” qəzetinin verdiyi məlumata görə, ölüm hökmü bu gün səhər icra edilib.
Bildirilir ki, Adil Xabara Sinay yarımadasının şimalında misirli əsgərlərin kütləvi şəkildə qətlə yetirilməsində ittiham üzrə məhkum olunub.