XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

24 Mart 2015 - 07:54

Konqresmenlər Obamanı Kiyevə silah göndərməyə təkid etdi

Qətnamə tövsiyə xarakterlidir və icrası məcburi deyil

Барак Обама. Фото: GLOBAL LOOK press/Zhang Yan

ABŞ Konqresində Obamanı Ukraynaya silah göndərməyə çağıran 162 saylı qətnamə qəbul edilib.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, “Ukraynanın suverenliyi və ərazi bütvölüyünü qorumaq üçün onun hərbi dəstəklə təmin edilməsi üzrə prezidentə müraciət” adlı qətnamə tövsiyə xarakterlidir və icrası məcburi deyil.

Aşağı platanın üzvləri səs çoxluğu ilə (348 səs lehinə, 48 səs əleyhinə) prezident Obamya təkidlə tövsiyə edirlər ki, Kiyevə müdafiə xarakterli letal silahlar göndərsin. Sənədin mətnində deyilir: “Suveren, demokratik və firavan Ukrayna Amerikanın milli maraqlarına cavab verir”.

Qətnamə müəlliflərindən biri Ed Roys qeyd edib ki, Amerika ukraynalılara müdafiə olunmaq şansı verməsə, onda bütün dünya biləcək ki, Amerika II Dünya Savaşından sonra formalaşmış dünya nizamını dəstəkləməyə hazır deyil.