XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Dekabr 2016 - 21:23

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları yenidən uzatdı

avropa

Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatmaq barədə razılığa gəliblər.

Bu barədə "RİA Novosti" agentliyi xəbər verir.

Qeyd edək ki, Rusiya ilə Aİ arasında münasibətlər Ukraynadakı vəziyyətlə əlaqədar pisləşib. Aİ ölkələri əvvəl fiziki şəxslərə qarşı individual sanksiyalar tətbiq etsə də, sonradan cəza tədbirləri Rusiya ilə bütün iqtisadi sahələri əhatə edib. Rusiya da cavab olaraq Aİ-dən ərzaq idxalını məhdudlaşdırıb.