Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu dekabrın 27-də Moskvada rusiyalı və iranlı həmkarları Sergey Lavrov və Məhəmməd Cavad Zəriflə danışıqlarda iştirak edəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz bildirib.
“Bəli, biz təsdiqləyirik ki, dekabrın 27-də Türkiyə XİN rəhbəri rusiyalı və iranlı həmkarları ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək”, – deyə Diriöz bildirib.