XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

16 Dekabr 2016 - 17:19

Merkeldən Rusiya, İran və Əsədə Hələblə bağlı ağır ittihamlar: “Cəzalandırılmalıdırlar"

merkel-2

Almaniya kansleri Angela Merkel Suriyanın Hələb şəhərində xəstəxanalara və mülki şəxslərə qarşı məqsədyönlü hücumlara görə Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi ittiham edib.  

APA-nın “russian.rt.com”a istinadən yaydığı məlumata  görə, A. Merkel bunu Avropa İttifaqının Brüssel sammitində bildirib. O deyib ki, bu cinayətlər cəzalandırılmalıdır.

Sammitin sonunda Aİ liderləri Hələbin mülki əhalisini lazımi müdafiə ilə təmin etməyin vacibliyini vurğulayıblar. Onların qənaətinə görə, mülki əhali şəhəri bitərəf qurumların nəzarəti altında tərk etməli və humanitar dəhlizlər yaradılmalıdır.

Bununla belə, avropalı liderlər suriyalı qaçqınların üzv ölkələr arasında paylaşdırılmasına dair razılığa gələ bilməyiblər. Macarıstan, Polşa və Slovakiya qaçqınları qəbul etməyəcəyini bildirib.