XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 Mart 2015 - 08:22

Moldova müharibəyə hazırlaşır

Qaqauzstan muxtariyyətinin başçısı rusyönlü siyasətçi İrina Vlax seçilib

Ирина Влах –  первая женщина-башкан Гагаузии. 	Фото с сайта www.vlah.md

Moldovanın müdafiə naziri Viorel çibotaru ordunu düşməni dəf eməyə hazırlayır.

“Nezavisimaya qazeta” yazır ki, ölkənin güneyindəki Qaqauzstan muxtariyyətinin başçısı rusiyayönlü siyasətçi İrina Vlax seçilib. Moldova Xalq-sosialist partiyasının sədri Viktor Stepanyuk bildirib ki, sakinlər Vlaxın Rusiya rəhbərləri ilə görüşlərini, Duma deputatlarının muxtariyyətə səfərini Moskvanın siqnalı kimi qəbul ediblər.

Moldova hökuməti ölkədə Dnestryanı bölgədən əlavə daha bir təzyiq rıçağının yaranmasından narahatdır.

Kişinyov meri Kirtoake bəyan edib ki, Qaqauzstanda başqan seçkilərindən sonra Rusiya Moldova paytaxtını da işğal etmək istəyəcək.

Prezident Nikolaye Timofti başqa seçkisindən dərhal sonra ölkənin Ali Təhlükəsizlik Şurasının iclasını keçirdib.