XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 21:31

Kerri Çavuşoğludan, MKİ Türkiyədən üzr istədi –Səbəb

kerri-cavush

Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanı Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyədən üzr istəyib.

Buna 2014-cü ildə baş vermiş bir hadisə səbəb olub.

Belə ki, 2014-cü ildə BMT-nin iclası vaxtı ABŞ-ın Dövlət katibi Con Kerri Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğluna "Əlimizdə İŞİD-dən neft aldığınıza dair məlumatlar var" – deyib.

Çovuşoğlu isə amerikalı həmkarına, "Sizə bu məlumatları verənləri bilirik. Misirlə olan soyuq münasibətimiz səbəbilə bəzi ərəb ölkələri bu iddiaları irəli sürüblər. Bu, ciddi bir ittihamdır. Bu barədə sənədləri verin bizə", – deyə cavab verib.

Bir müddət sonra Türkiyə XİN rəhbəri Çavuşoğlunun xatırlatması ilə Kerri Türkiyəyə bəzi sənədlər göndərib. Xarici İşlər Nazirliyi isə araşdırılması üçün bu sənədləri Milli İstihbarat Təşkilatına (MİT) təqdim edib.

Araşdırmalar nəticəsində koordinatlarda göstərilən yerin Kilis bələdiyyəsinə aid asfalt fabriki olduğu ortaya çıxıb.

Bundan sonra Kerri Çavuşoğlundan üzr istəyib. Daha sonra CIA Türkiyəyə rəsmi üzrxahlıq məktubu göndərib.

Ölkə.az