XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2016 - 22:36

Suriya hökumət qüvvələri Palmirada əməliyyat keçirdi –52 İŞİD-çi öldürüldü

isid

Suriya hökumət qüvvələri Palmira şəhəri uğrunda gedən döyüşlərdə İŞİD-in 52 üzvünü zərərsizləşdirib.

“İnterfaks” verdiyi məlumata görə, hərbçilər partlayıcıların olduğu 5 avtomobil və silahlardan ibarət bir neçə nəqliyyat vasitəsini də ələ keçiriblər.

Suriya hərbi komandası öldürülən terrorçuların bəzilərinin əcnəbilər olduğunu bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşması Palmiranı dekabrın 11-də işğal edib. Bu şəhərin işğalı prosesində təxminən 5 min döyüşçü iştirak edib. Onlar əsasən, Rəqqa, Deyr-əz-Zora və İraqdan gəlmələr olub.

Palmira Suriyanın paytaxtı Dəməşqdən 240 km məsafədə yerləşir. İşğala qədər 80 faiz yerli əhali şəhəri tərk edib.

Qafqazinfo