XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 07:49

ABŞ xüsusi xidmətləri:“Putin seçkilərin nəticələrinə müdaxilə əməlyyatlarında iştirak edib”

a

FTB rəhbəri Ceyms Komi və ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper MKİ-nin Donald Trampın qələbəsinə nail olmaq məqsədilə Rusiyanın ABŞ-da seçkilərin nəticələrinə təsir etdiyi haqda rəyini dəstəkləyiblər.

Strateq.az BBC.com-a istinadən bildirir ki, MKİ başçısı Con Brennan bu həftə Komi və Klepperlə görüşüb və onlar “Rusiyanın seçki kampaniyasına müdaxiləsinin miqyası, xarakteri və məqəsədi haqda” yekdil rəyə gəliblər.

Prezident Obama cümə günü bildirib ki, Vaşinqton ABŞ-da seçki prosesinə qarışmağa cəhd etmiş Rusiya hakerlərinə qarşı cavab tədbirləri görəcək.

ABŞ prezidenti administrasiyasında bilriblər ki, Rusiya prezidenti Vladimir Putin ABŞ seçkilərinin nəticələrinə müdaxilə qəsdilə haker əməliyyatında birbaşa iştirak edə bilərdi.