XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 10:10

Donald Tramp:"ABŞ-ın xarici siyasəti yeni istiqamətə ehtiyac duyur"

tramp-2

 "Bizim xarici siyasətimiz yeni istiqamətə ehtiyac duyur". 

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Orlandoda (Florida ştatı) öz tərəfdaşlarının qarşısında çıxışı zaman bildirib. 

"Biz xarici dövlətləri deyil, öz ölkəmizi dəyişdirəcəyik. Uzun zamandır əvəllər çoxlarınızın da adını belə eşitmədiyiniz bir ölkədən digər ölkəyə zorla daxil olurduq. Bu ağılsızlıqdır və buna son qoyulacaq! Tramp administrasiyası ilk növbədə ABŞ-ın milli maraqlarını qoruyacaq", – deyə D.Tramp vurğulayıb. 

Qeyd edək ki, D.Tramp noyabrın 8-də keçirilən seçkilərdə ABŞ-ın prezidenti seçilib. Onun inauqurasiya mərasimi yanvarın 20-də baş tutacaq. (Report)