XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2016 - 10:51

Qırğızıstanda kömür mədənində qəza:ölənlər var

Qırğızıstanın Cəlalabad vilayətinin Taş-Kumır şəhəri yaxınlığında kömür mədənində baş verən qəza nəticəsində iki nəfər ölüb, 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, aparılan xilasetmə tədbirləri nəticəsində 11 saatdan sonra daha bir nəfər xilas edilib.

Məlumatda deyilir ki, onlar bu mədəndə qeyri-qanunu kömür çıxarılması ilə məşğul olublar. Qeyd olunur ki, hər il Qırğızıstanın kömür mədənlərində qeyri-qanuni kömür çıxaran onlarca adam həlak olur(azərtac).