XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 12:27

İran XİN:"Suriyadakı vəziyyətin günahkarı bu ölkələrdir”

iran-xin

“İran İslam Respublikası ilk dövlət idi ki, Suriyada atəşkəslə bağlı bir neçə maddəlik layihə təqdim edib, humanitar yardım göstərilməsinin, tərəflərin danışıqlar aparmasının zəruriliyini bildirib. Biz indi də bu mövqedəyik”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi dekabrın 27-də Moskvada keçirilməsi nəzərdə tutulan İran, Türkiyə və Rusiya təmsilçilərinin Suriya münaqişəsinin nizamlanmasına dair görüşünü şərh edərkən deyib.

B.Qasımi deyib ki, İran və bu ölkənin xarici işlər naziri Suriyanın Hələb şəhərində sabitliyin təmin olunması, dinc sakinlərə yardımların çatdırılması istiqamətində tədbirlər görür.

“Ərəb baharı hadisələri baş verdiyi zaman bəzi qərb və ərəb ölkələri terrorçuları Suriyanın qanuni hökumətini devirmək məqsədi ilə bu ölkəyə topladı. Suriyadakı bugünkü vəziyyətə görə günahkar həmin ölkələrdir”.

B.Qasımi deyib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəzi ölkələr, o cümlədən Türkiyə və Rusiya ilə davamlı əlaqələr yaradıb. Nəticədə çıxış yoluna dair layihə hazırlanıb. Layihə dekabrın 27-də Moskvada keçiriləcək XİN başçılarının görüşündə təsdiqlənəcək. (APA)