Hazırda ərəb ölkələri Yəmənə diplomatik dəstəklə kifayətlənir
Yəmən xartici işlər naziri Riyad Yasin ölkə prezidenti Abed Rabo Mənsur Hadinin Fars körfəzinin ərəb dövlətlərini hərbi müdaxiləyə çağırdığını bildirib.
Strateq.az İsrail KİV-ə əsasən xəbər verir ki, dövlət başçısının fikrincə, yalnız sünni monarxiyalarının müdaxiləsi əl-Husi şiə tayfasının hücumunu dayandıra bilər.
Nazir deyib: “Biz həmçinin BMT və beynəlxalq ictmaiyyəti Yəmənin hava məkanını uçuşa yasaq zona elan etməyə və əl-Husinin tutduğu aeroport və aviabazalardan istifadəyə imkan verməyəcək HHQ göndərməyə çağırırıq”.
Qeyd edək ki, hazırda ərəb ölkələri Yəmənə diplomatik dəstəklə kifayətlənir. Belə ki sünni monarxiyalarının səfirlikləri Sənadan müvəqqəti paytaxt elan edilmiş Ədənə köçürülüb. Beynəlxalq ictimaiyyət isə bəyanatlardan uzağa getmir. İran rejimi ilə əlaqəsini gizlətməyən Husi şiə tayfaları artıq ölkənin üçüncü böyük şəhəri Taizi tutub və güneyə hücumu davam etdirirlər.