XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 16:28

Türkiyə və Rusiya XİN rəhbərləriHələbdəki vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Suriyanın Hələb şəhərindəki vəziyyəti və Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin dekabrın 27-də Moskvada keçiriləcək üçtərəfli görüşünə hazırlığı müzakirə edib. 

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə XİN nümayəndəsi bildirib. 

"Bu gün Türkiyə XİN rəhbəri və Rusiya xarici işlər naziri Sergey Lazvrov arasında telefon danışığı olub. Nazirlər Hələbdəki vəziyyəti, şəhər sakinlərinin təxliyəsini, eləcə də Suriya ilə bağlı Moskvada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər", – XİN nümayəndəsi qeyd edib. 

O əlavə edib ki, Sergey Lavrov Mövlud Çavuşoğluya Kayseridəki terror aktı ilə əlaqədar başsağlığı bildirib.