XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 March 2015 - 09:20

Netanyahu İsrail ərəblərindən üzr istədi

Ərəblərin lideri Ayman Odeh üzrü qəbul etməkdən imtina etdi

İsrailin baş naziri Netanyahu İsrail ərəblərindən üzr istəyib. Strateq.az İsrail mətbuatına isnadən bildirir ki, baş nazir Facebook-dakı videomüraciətində deyib: “Bilirəm ki, bir neçə gün əvvəl dediklərim İsrail ərəblərini təhqir edib. Mən bunu istəmirdim və təəssüf edirəm”.

O, əlavə edib ki, dini inancı, milliyyəti və cinsindən asılı olmayaraq özünü bütün israillilərin baş naziri sayır.

İsrail parlamentinə seçkilərdə üçüncü yeri tutmuş Birləşmiş Ərəb Siyahısının lideri Ayman Odeh üzrü qəbul etməkdən imtina edib: “Görmək istəyirəm ki, o, sözünü əməlilə necə möhkəmləndirəcək. Bərabərliyi təşviq edəcəkmi?”