XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2016 - 17:53

Türkiyə DİN:"Kayseri terroru ilə əlaqədar 7 nəfər saxlanılıb"

"Kayseri şəhərində törədilmiş terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib . 

Onun sözlərinə görə, terror aktında iştirakda şübhəli bilinən daha 5 nəfər barəsində axtarış elan olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi həlak olub, 55-i yaralanıb.

Ölkənin baş naziri Binəli Yıldırım Kayseri şəhərindəki terror aktını terrorçu-kamikadzenin törətdiyini bildirib.