XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 18:16

57,5 milyon dollarlıq narkotik vasitəməhv edildi

Çinin Cıcian vilayətində polisin müxtəlif vaxtlarda müsadirə etdiyi 1,04 ton narkotik vasitə məhv edilib.

Müsadirə edilən 102 kiloqram heroin, 665 kiloqram metamfetamin, 129 kiloqram ketamin və 146 kiloqram digər maddənin ümumi dəyəri 400 milyon yuan (57,5 milyon ABŞ dolları) olub.

Sinxua agentliyinin məlumatına əsasən, Cıcian vilayətində cari ilin 11 ayında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə 4800 iş üzrə 7200-dən çox adam saxlanılıb. Son illər internet vasitəsilə xüsusən gənclərə narkotik maddələr satılması halları çoxalıb.