XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 20:36

Lavrov Zərif və Çavuşoğlu iləgörüş barədə danışdı

Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zəriflə  ilə keçirdiyi telefon danışığı zamanı Suriyanın Hələb şəhərindəki vəziyyəti və yaxın vaxtlarda keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.  
 

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir. 
 
Danışıqlar zamanı Suriyda dinc əhaliyə humanitar yardımların çatdırılmasında birgə razılaşdırılmış səylərin davam etdirilməsinin və ölkədə hərtərəfli siyasi nizamlanmanın vacibliyi qeyd olunub.    
 
“Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin arasında yaxın zamanda görüşün keçirilməsinə dair razılıq əldə olunub”, – Rusiya XİN-in məlumatında bildirilir.