XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 21:13

DİN rəhbəri:"Polşada dövlət çevrilişinə cəhd edilib"

polsa-aksiya

Polşanın daxili işlər naziri Mariuş Blaşak bir qrup deputatın Seymin işinə əngəl törətməsindən sonra müxalifəti ölkədə hakimiyyəti ələ almaq cəhdində ittiham edib.

Strateq.az xəbər verir ki, nazir deyib: "Bu, ikinci cəhdi idi. 1992-ci ildə olduğu kimi. O vaxt seçkinin nəticələri ilə razılaşmayanların Polşada hakimiyyəti ələ keçirmək cəhdi uğurlu oldu. Mən dekabrın 16-da baş verən hadisələri bu cür dəyərləndirirəm".

Xatırladaq ki, dekabrın 16-da müxalifət partiyalarının deputatları Seymin sessiya zalındakı kürsünü tutub və spikeri iclası başqa zalda keçirməyə məcbur ediblər.

2017-ci ilin büdcə müzakirəsi ilə başlamış qalmaqal Varşavada etirazçıların parlament binasını mühasirəyə alması ilə nəticələnib.

Etirazçılar binanın bütün giriş və çıxışları bağlayıb. Hakim partiyanın rəhbəri Yaroslav Kaçinski etirazçılarla görüşüb və onların tələblərini dinləyib. Lakin müxalifət etiraz aksiyalarını davam etdirmək fikrindədir.

M.Rzasoy