XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 21:41

Moskvaya təcili eniş edən təyyarəninpilotu ölüb

Moskvanın "Domodedovo" Beynəlxalq Hava Limanına pilotun özünü pis hiss etməsi səbəbindən şəxsi təyyarə eniş edib və nəticədə pilot ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Moskva Regionlararası İstintaq İdarəsi faktla bağlı araşdırma aparır.

"Təhqiqatçılar hadisənin bütün təfərrüatlarını araşdırırlar", – deyə NMRİİ nümayəndəsi Tatyana Morozova bildirib.

"SRG206" tipli təyyarə bir müddət əvvəl Almaniyanın Ştutqart şəhərindən Moskvaya enib və bu gün günorta Penza şəhərinə yola düşüb. Lakin kapitanın özünü pis etməsi səbəbindən o, yenidən Moskvaya qayıdıb. Enişi ikinci pilot edib.