XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 March 2015 - 09:33

Gürcüstanın AB ilə assosiativlik Sazişi Lüksemburqda ratifikasiya olundu

Saziş qüvvəyə minmək üçün üzv ölkələrin hamısı tərəfindən ratifikasiya olunmalıdır

Lüksemburqun qanunverici orqanı Gürcüstanın AB ilə assosiativliyi barədə Sazişi ratifikasiya edib.

Strateq.az Gürcüstan KİV-ə əsasən bildirir ki, Gürcüstan XİN sözçüsü David Kereselidze deyib: “Saziş elə birinci dinləmədə ratifkasiya olunub”.

Qeyd edək ki, Gürcüstanın Avropa Birliyi ilə assosiativlik sazişi 2014-cü il iyunun 27-də Brüsseldə imzalanıb. Saziş qüvvəyə minmək üçün üzv ölkələrin hamısı tərəfindən ratifikasiya olunmalıdır. Hazırda AB-nin 14 ölkəsi bu addımı atıb.