XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 11:05

ABŞ Türkiyəyə öz dəstəyinitəklif edir

ABŞ Türkiyənin Kayseri vilayətində törədilən terror aktını qətiyyətlə pisləyir və terror aktının araşdırılmasında Ankaraya öz dəstəyini təklif edir.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbin bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyə təhlükəsizlik qüvvələrinə növbəti terror hücumundan kədərlənib və hiddətlənib: "ABŞ bu mənfur aktı qətiyyətlə pisləyir və terrorla mübarizədə öz müttəfiqi Türkiyə ilə çiyin-çiyinə durub".

"Terrorçuların türk xalqına qarşı törətdiyi qeyri-insani aktlara heç bir bəraət qazandırmaq olmaz. Biz Türkiyə hakimiyyəti hadisə ilə bağlı sıx əlaqədəyik və hadisənin araşdırılmasında öz dəstəyimizi təklif edirik" , – deyə Kirbi bildirib.